"Liverpul"un futbolçusu Rayan Qravanberx karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Real" niderlandlı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Madrid nəhəngi 23 yaşlı orta xətt oyunçusu üçün 65 milyon funt-sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, "Liverpul" Rayan Qravanberxi 2023-cü ilin yayında "Bavariya"dan transfer edilib.
Niderland millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media