“Qarabağ” UEFA reytinqində İRƏLİLƏDİ

“Qarabağ” UEFA reytinqində İRƏLİLƏDİ

Hazırda oxunan: “Qarabağ” UEFA reytinqində İRƏLİLƏDİ

271012

“Qarabağ” UEFA-nın reytinqində irəliləyib.

Bizim.Media xəbər verir ki, bu, Ağdam təmsilçisinin Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda Lissabonda “Benfika” üzərindəki qələbəsi (3:2) sayəsində mümkün olub.

Siyahı qurumun saytında yayımlanıb.

Son 5 mövsümün nəticəsinə əsəsən, əmsalını 37,000-a çatdıran Qurban Qurbanovun komandası 2 pillə irəliləyərək 57-ci yerdən 55-ci pilləyə qalxıb.

Reytinqə 125,500 əmsalla “Real” Madrid başçılıq edir.

Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan isə milli assosiasiyaların UEFA reytinqində 1 pillə irəliləyərək 25-ci yerə yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO