UEFA Çempionlar Liqasının 1-ci turunun “Benfika” – “Qarabağ” matçının (2:3) ən yaxşı oyunçusu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, UEFA-nın texniki müşahidəçilər qrupunun qiymətləndirməsinə görə, bu ada “Qarabağ”ın dayaq yarımmüdafiəçisi Pedro Bikalyo layiq görülüb.
Müşahidəçilər qrupunun verdiyi rəyə əsasən, Bikalyo komandası üçün çox vacib transferdir.
“O, oyunda dördlü müdafiə xəttinə kömək etdi və “Benfika”nın presinqini yararaq oyunu qurmaq imkanı yaratdı. Taktiki baxımdan çox savadlı çıxış edərək “Qarabağ”a zəruri balansı yaratdı. Bu balans həm “Benfika”nın oyun üslubuna qarşı aqressiv müqavimət göstərmək, həm də müdafiədə etibarlılığı təmin etmək üçün vacib idi”.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
10:30 / 17.09.2025
“Benfika”-“Qarabağ” matçının ən yaxşısı KİM OLDU?
Hazırda oxunan: “Benfika”-“Qarabağ” matçının ən yaxşısı KİM OLDU?
Hazırda oxunan: “Benfika”-“Qarabağ” matçının ən yaxşısı KİM OLDU?
270870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.