Musa Qurbanlı: “Xal qazanmaq üçün döyüşəcəyik”

Musa Qurbanlı: “Xal qazanmaq üçün döyüşəcəyik”

Hazırda oxunan: Musa Qurbanlı: “Xal qazanmaq üçün döyüşəcəyik”

270799

"Qarabağ"ın hücumçusu Musa Qurbanlı Çempionlar Liqasının 1-ci turunun “Benfika”ya qarşı keçiriləcək matçından gözləntilərini açıqlayıb.

Bizim.Media xəbər verir ki, forvard Portuqaliyada keçiriləcək görüşdə xal qazanmaq üçün döyüşəcəklərini deyib:
 

"Çempionlar Liqasında səviyyəni özünüz bilirsiz. Xüsusən də “Benfika” kimi komanda ilə səfərdə oynayacağıq. Təqvimdə ilk görüşümüzdür. Bizim üçün yaxşı təcrübə olacaq. İlk oyun olduğuna görə, tempi tutacağıq. Xal qazanmaq üçün döyüşəcəyik. Bu cür böyük oyunlardan əvvəl istər-istəməz xoş və yaxşı mənada həyəcan olur. Bu da normaldır", - Qurbanlı deyib.


“Benfika” – “Qarabağ” oyunu bu gün sentyabrın 16-da “Estadio da Luz” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO