İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Hazırda oxunan: İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

270622

İkiqat olimpiya çempionu isveçli Armand Düplantis dirəklə tullanmada 14-cü dəfə yeni dünya rekordu müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, o, Yaponiyanın paytaxtı Tokioda keçirilən 2025-ci il dünya çempionatında 6 metr 30 santimetr nəticə göstərib.

Düplantis üçüncü cəhdində rekord hündürlüyə çatıb. Qeyd edək ki, o, dünya çempionatında 6,15 metr hündürlüyə tullanma ilə qələbəsini təmin edib.

Armand Düplantis əvvəlki dünya rekordunu 2025-ci ilin avqustunda yeniləmişdi — 6,29 metr.
Ümumilikdə, Düplantis 2020-ci ildən bəri öz rekord göstəricisini 13 sm yaxşılaşdırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO