Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

Hazırda oxunan: Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

270581

“Qarabağ”ın güclü komandalara qarşı təcrübəsi var və komandamız Bakıya sərfəli nəticə ilə qayıda bilər”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında futbol veteranı, milli komandamızın keçmiş üzvü Mahmud Qurbanov deyib. 

Onun sözlərinə görə Ağdam təmsilçisini səfərdə çox çətin oyun gözləyir:

“Qarabağ”ın rəqibi “Benfika” Portuqaliyanın ən güclü komandalarındandır. Çox yaxşı heyəti, maraqlı oyun üslubu var. Öz meydanlarında yaxşı və aqressiv oyun nümayiş etdirirlər. Bir sözlə, komandamızı səfərdə çox çətin oyun gözləyir. 

Ancaq bir məsələ də var ki, Qurban Qurbanovun komandası artıq belə klublara qarşı oyunlara öyrəşib, yaxşı təcrübə toplayıb. Məhz buna görə hesab edirəm ki, futbolçularımız vətənə sərfəli nəticə ilə qayıda bilər. Maraqlı oyun olacaq. Çempionlar Liqasında zəif rəqib olmur. Baxmayaraq ki, səfər oyunudur “Qarabağ” “Benfika”ya qarşı inamlı çıxış edib yaxşı nəticə qazanacağını düşünürəm”.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO