Oyunun 22-ci saniyəsində qırmızı vərəqə: Bu, tarixə düşdü - VİDEO

Oyunun 22-ci saniyəsində qırmızı vərəqə: Bu, tarixə düşdü - VİDEO

Hazırda oxunan: Oyunun 22-ci saniyəsində qırmızı vərəqə: Bu, tarixə düşdü - VİDEO

270536

Bundesliqa 2-də "Qreuther Fürth"də çıxış edən Noah Köniq "Kayzerslautern"lə oyunun 22-ci saniyəsində qırmızı vərəqə alaraq liqa tarixində ən erkən qırmızı vərəqə alan oyunçu olub.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Bundesliqa 2-nin 5-ci həftəsində “Qreuther Fürth” və “Kayzerslautern” üz-üzə gəlib. Sportpark Ronhofdakı Tomas Sommer stadionunda keçirilən oyunda “Kayzerslautern” 3-0 hesabı ilə qalib gəlib.

“Kayzerslautern”in qollarını 33-cü dəqiqədə Naatan Skitta, 58 və 64-cü dəqiqələrdə İvan Prtajin vurub.
 

Qarşılaşmanın əvvəlində həlledici an baş verib. “Qreuther Fürth”ün müdafiəçisi Noah Köniq 22-ci saniyədə topu uzaqlaşdırmağa çalışarkən rəqibinə kobud davranıb. Hakim dərhal Köniqə qırmızı vərəqə göstərib.


22 yaşlı oyunçu 22-ci saniyədə aldığı bu qırmızı vərəqə ilə liqa tarixində ən erkən qırmızı vərəqə alan futbolçu olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO