Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Hazırda oxunan: Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

270328

Güləş üzrə U-17 dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
 

Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Amman (İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı Azərbaycan paytaxtına həvalə edilib.


Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul – 2 avqust tarixlərində Milli Gimnastika Arenasında müəyyənləşəcək.

Xatırladaq ki, analoji yarış 2012-ci ildə də Bakıda keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO