Flik İspaniya millisinə GİLEYLƏNDİ

Flik İspaniya millisinə GİLEYLƏNDİ

Hazırda oxunan: Flik İspaniya millisinə GİLEYLƏNDİ

270278

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın hücumçusu Lamin Yamalın La Liqanın 4-cü turunda “Valensiya” ilə oyunda iştirak etməyəcəyini bildirib.

Bizim.Media xəbər verir ki, onun açıqlamasını klubun mətbuat xidməti yayıb.

Almaniyalı mütəxəssis İspaniya yığmasının məşqçilər heyətini də tənqid edib:

“Xeyr, o, hazır olmayacaq. Zədə ağrıları ilə yığmaya getmişdi və məşq etməmişdi. Ona oynaya bilməsi üçün ağrıkəsici verilib.
 

Hər oyunda 3 top fərqi ilə öndə idilər, amma Lamin 79 və 73 dəqiqə oynadı. Görüşlər arasında isə məşq edə bilmirdi. Bu, futbolçulara qayğı göstərmək deyil. Buna görə çox məyusam”.


Qeyd edək ki, Lamin Yamal cari mövsümdə La Liqada 3 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Barselona"nın "Valensiya"ya qarşı matçı isə sentyabrın 14-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO