UEFA Superkubokunun matçı bu stadionda KEÇİRİLƏCƏK

UEFA Superkubokunun matçı bu stadionda KEÇİRİLƏCƏK

Hazırda oxunan: UEFA Superkubokunun matçı bu stadionda KEÇİRİLƏCƏK

270000

2026-cı ildə UEFA Superkubokunun keçiriləcəyi yer bəlli olub.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytı məlumat yayıb.

Matç Avstriyada “Zalsburq” stadionunda təşkil olunacaq.

Arena Avstriyanın “Red Bull Zalsburq” klubunun ev stadionudur. Bu stadion 2008-ci ildə Avropa çempionatının qrup mərhələsində 3 oyuna ev sahibliyi edib.
 

Superkubok qarşılaşması 2026-cı ilin avqustunda baş tutacaq. Ötən il bu titul uğrunda Çempionlar Liqasının qalibi PSJ və Avropa Liqasının qalibi “Tottenhem” mübarizə aparmışdı.


Görüş əsas və əlavə vaxtda 2:2 hesabı ilə başa çatmış, penaltilərdə (4:3) Paris təmsilçisi qalib gəlmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO