"Liverpul" Salahın yerinə onu nəzərdən keçirir

"Liverpul" Salahın yerinə onu nəzərdən keçirir

Hazırda oxunan: "Liverpul" Salahın yerinə onu nəzərdən keçirir

269994

“Liverpul” yeni mövsüm üçün heyəti gücləndirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Mersisaydlılar “Bavariya”nın 23 yaşlı cinah hücumçusu Maykl Oliseyə maraq göstərir.

Fransalı futbolçu 33 yaşlı Məhəmməd Salahın yerinə uzunmüddətli əvəzləyici kimi nəzərdən keçirilir.
 

Münhen klubu oyunçu üçün təxminən 100 milyon avro tələb edəcək. Amma İngiltərə Premyer Liqası təmsilçiləri ilə danışıqların daha sərfəli şərtlərlə aparılması barədə şifahi razılaşma mövcuddur.


Olise “Bavariya”ya 2024-cü ilin yayında “Kristal Pelas”dan keçib. O, bu müddətdə bütün turnirlərdə 59 oyunda 24 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO