Millimiz Belçikaya qalib gəldi

Millimiz Belçikaya qalib gəldi

Hazırda oxunan: Millimiz Belçikaya qalib gəldi

269986

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ilk oyununu keçirib.

Bizim.Media xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Belçika yığması ilə qarşılaşıb.
 

İtaliyanın Viareccio şəhərində baş tutan görüş komandamızın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sabir Allahquliyev iki, Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev hərəyə bir qol vurublar.


Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 12-də Litva yığmasına qarşı keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO