Abbas Hüseynov: “Bir xal bizə kifayət deyil”

Abbas Hüseynov: “Bir xal bizə kifayət deyil”

Hazırda oxunan: Abbas Hüseynov: “Bir xal bizə kifayət deyil”

269701

“Bilirsiniz ki, uduzmayan rəqib yoxdur. Sadəcə, istək lazımdır. Əgər istək, xarakter varsa, vuruşacaqsan. Vuruşdunsa, Allah tərəfindən mükafatlandırılacaqsan. Ona görə də hər oyuna çıxıb vuruşmaq lazımdır. Bunu etsən, öz üzərində işləsən, Allah da sənin mükafatını verəcək. Biz Ukraynaya qarşı meydanda döyüşdük. Düzdür, qələbə qazanmasaq da, bir xal əldə etdik”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında milli komandanın futbolçusu Abbas Hüseynov deyib.

Müdafiəçi Ukrayna ilə oyunda qazanılan bir xalın gələcək oyunlar üçün yüksək motivasiya yaradacağını qeyd edib: 

“Ağır oyun keçdi. Bir xal qazandıq. Bundan da yaxşı nəticə ola bilərdi. Sadəcə özümüzə güvəni artırmaq lazımdır. İnanıram ki, gələcək oyunlarda daha yaxşısını edərək yüksək nəticələr qazanacağıq. Bir xal bizə kifayət deyil. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı oyunlarımızı keçirərək qələbələr qazanacağıq”. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO