xa0“Dünyada irqçilik, soyqırım və bəşəriyyətə qarşı cinayətlərin hamısı barbar, təkəbbürlü və terrorçu İsrail rejiminin məhsuludur”.
Moderator.az-ınxa0 “Anadolu” informasiya agentliyinə istinadla verdiyi xəbərə görə, bu fikirləri Malayziyanın baş naziri Mahathir Məhəmmədxa0 “Al Sharq Forum" analitik mərkəzi tərəfindən təşkil olunan “Gələcəyini qazan” mövzusundaxa0 İllik Gənclər Konfransında ifadə edib.xa0xa0
Qeyd edək ki, paytaxt Kuala-Lumpurda təşkil olunan tədbirin media sponsorları arasında “Anadolu” agentliyi də yer alır.xa0xa0
Mahathir Məhəmməd Qərbi Asiyadakı siyasi qeyri-sabitliyin 2001-2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İraq və Əfqanıstana qarşı müdaxilələri ilə başladığını və bu gün də davam etdiyini vurğulayaraq belə deyib:xa0
“Suriya, Liviya və Yəmən kimi, ölkələrdə bəşəriyyət faciələrinin şəkli çəkilir və bütün dünya çarəsiz şəkildə izləyir”.
“İsrailin irqçi və aqressiv siyasəti dünyanın bir çox ölkələrində ksenofobiya və dözümsüzlük əsasında cinayətlərin böyük sürətlə artmasına,xa0 insanlığa qarşı cinayət və soyqırım aktları törədilməsinə güclü təkan verib”-deyə Malayziya baş naziri bir daha vurğulayıb.xa0
Qərbi Asiyada problem yaşayan ölkələrin əziyyət çəkməsinin xarici qüvvələrin müdaxiləsindən qaynaqlandığını bildirən Mahathir, belə davam edib: “Regiona müdaxilə edən qüvvələr, demokratiya və insan haqları maskası altında öz mənfəətlərini təmin etmək üçün əllərindən gələni edib. Bütün bu baş verən faciələrin əsas səbəbi şübhəsiz ki, Fələstində baş verənlərdir”.
xa0
Mahathir Fələstin məsələsinin həlli üçün beynəlxalq birliyin hərəkətə keçməsinin şərt olduğunu söyləyib.
Xatırladaq ki, dünən İsrail ordusu Türkiyənin “Anadolu” agentliyinin informasiya agentliyinin Qəzzadakı ofisini də bombalayıb...
Sultan Laçın

































































































