“Sabah” heyətini polşalı futbolçu ilə gücləndirəcək.
Bizim.Media xəbər verir ki, bakılılar sol cinah müdafiəçisi Timoteuş Puçaxla anlaşıb.
Onunla bütün məsələlərdə razılığa gəlinib.
Puçax hazırda müqavilə ilə Almaniyanın “Holştayn Kil” klubuna məxsusdur. O, icarə əsasında Azərbaycan klubunda oynayacaq.
Qeyd edək ki, Timoteuş Puçax karyerasına “Lex” (Poznan) klubunda başlayıb. O daha sonra “Zaqlebie” və “Katoviçe”yə icarəyə verilib. 2021-ci ildə Almaniyanın “Yunion” (Berlin) klubuna keçib. Daha sonra “Trabzonspor”, “Panatinaikos” və “Kayzerslatuern”də icarədə olub. Ötən mövsümün əvvəlində “Holştayn Kil”ə keçib və İngiltərənin “Pleymut” klubuna icarəyə verilib. Bu mövsüm isə icarədən dönüb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
11:46 / 09.09.2025
“Sabah” polşalı müdafiəçi ilə RAZILIĞA GƏLDİ
Hazırda oxunan: “Sabah” polşalı müdafiəçi ilə RAZILIĞA GƏLDİ
Hazırda oxunan: “Sabah” polşalı müdafiəçi ilə RAZILIĞA GƏLDİ
269478
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.