Lamin Yamal Türkiyədə pasportunu itirdi - Evə qayıda bilmir - VİDEO

Lamin Yamal Türkiyədə pasportunu itirdi - Evə qayıda bilmir - VİDEO

Hazırda oxunan: Lamin Yamal Türkiyədə pasportunu itirdi - Evə qayıda bilmir - VİDEO

269277

Kataloniyanın "Barselona" klubunun və İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal 2026-cı il dünya çempionatının seçmə turnirinin Türkiyə millisi ilə matçından sonra pasportunu itirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Allfootballapp" nəşri yayıb.

Məlumata görə, futbolçu oyunun keçirildiyi Konya şəhərində ilişib qalıb və şəxsiyyətini təsdiq edən sənəd olmadan evinə uça bilmir.
 

Qeyd edək ki, Türkiyə və İspaniya milli komandaları arasında "Medaş Konya Büyükşəhər" stadionunda keçirilən oyun qonaqların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qaliblərin heyətində hit-treki "Arsenal"ın yarımmüdafiəçisi Mikel Merino reallaşdırıb.


"Barselona"nın yetirməsi olan Lamin Yamal 2024/25 mövsümündə La Liqada "Barselona"nın heyətində 35 oyun keçirib, 9 qol vurub və 13 məhsuldar ötürmə edib, komanda ilə çempionluq və İspaniya kubokunu qazanıb. 2024-cü ildə futbolçu İspaniya millisinin heyətində Avropa çempionatının qalibi olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO