Basketbol yığmamız Avropa Kubokunda gümüş medal QAZANDI

Basketbol yığmamız Avropa Kubokunda gümüş medal QAZANDI

Hazırda oxunan: Basketbol yığmamız Avropa Kubokunda gümüş medal QAZANDI

269225

Danimarkanın paytaxtı Kopenhagendə basketbolun 3x3 növü üzrə Avropa Kubokuna yekun vurulub.

Bizim.Media xəbər verir ki, turnirdə iştirak edən qadınlardan ibarət Azərbaycan millisi final oyununda son dünya çempionu olan Niderland yığması ilə qarşılaşıb.

Rəqibinə 16:21 hesabı ilə məğlub olan komandamız gümüş medal qazanıb.

Azərbaycan millisi qrup mərhələsində Fransa (21:16) və Ukraynaya (21:14), 1/4 finalda Polşaya (16:13), yarımfinalda isə İspaniyaya (21:17) qalib gəlmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO