İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatı keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün Azərbaycan millisinin daha beş üzvü 1/16 finaldan mübarizəyə başlayıb.
Hazırda millimizin üzvü Səidcəmşid Cəfərov (75 kq) ilk döyüşünü qələbə ilə bitirib. O, 1/16 finalda irlandiyalı Qavin Raffertini məğlub edib. Hər üç raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesablı qələbə qazanıb.
O, növbəti görüşünü ilk mərhələdən azad olan yaponiyalı Dayqo Sunaqa ilə qarşılaşacaq. Döyüş sentyabrın 9-da keçiriləcək.
Qeyd edək ki, ötən gün Azərbaycanın iki boksçusu rinqə çıxıb. Zaur Qəhrəmanov (65 kq.) 1/32 finalda Almaniyalı Denis Brillə qalib gələrək növbəti mərhələyə yüksəlib. O, 1/16 finalda ilk mərhələdən azad olan Falkao Dos Reyslə (Braziliya) döyüşəcək. Görüş sentyabrın 7-də olacaq. Sərxan Əliyev (70 kq.) isə Karlos Flouersə (ABŞ) uduzaraq mübarizəni başa vurub.
5 sentyabr
1/16 final
Səidcəmşid Cəfərov (75 kq) – Qavin Rafferti (İrlandiya) - 5:0
Surət Qarayev (85 kq) – Laçlan Lauson (Avstraliya)
Aynur Mikayılova (57 kq) – Qabriella Veerheym (Niderland)
Sübhan Mamedov (50 kq) – Fredelin De Los Santos (Dominikan Respublikası)
Məhəmməd Abdullayev (+90 kq) – Sezar Peraza La Kruz (Kuba)
Digər boksçularımızın iştirakı ilə keçiriləcək döyüşlərin təqvimi isə belədir:
6 sentyabr
1/16 final
Məhəmmədəli Qasımzadə (60 kq) – Radoslav Rosenov (Bolqarıstan)/Dövlet Muhanov (Türkmənistan) cütünün qalibi
7 sentyabr
1/16 final
Nicat Hüseynov (55 kq) – Rolando Martines Peres (Kuba)
Murad Allahverdiyev (80 kq) – Amar Koçi (Albaniya)/Meysam Qeşlaqi (İran) cütünün qalibi
8 sentyabr
1/8 final
Alfonso Dominqes (90 kq) – Yasse Kiss (Almaniya)/Yonas Yazeviçyus (Litva) cütünün qalibi
Bizim.Media

- A-
- A
- A+
İdman
18:30 / 05.09.2025
Boksçumuz növbəti mərhələyə yüksəldi - Dünya çempionatı
Hazırda oxunan: Boksçumuz növbəti mərhələyə yüksəldi - Dünya çempionatı
Hazırda oxunan: Boksçumuz növbəti mərhələyə yüksəldi - Dünya çempionatı
268921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.