Messi dubl etdi, Argentina dünya çempionatına vəsiqə qazandı - VİDEO

Messi dubl etdi, Argentina dünya çempionatına vəsiqə qazandı - VİDEO

Hazırda oxunan: Messi dubl etdi, Argentina dünya çempionatına vəsiqə qazandı - VİDEO

268837

Argentina yığması 2026-cı il dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində növbəti qələbəsini qazanıb.

Bizim.Media xəbər verir ki, Lionel Messinin dubl etdiyi görüşdə argentinalılar Venesuelanı 3:0 hesabı ilə məğlub ediblər. 

Komandanın digər qolunu Lautaro Martines vurub.

Bu nəticə ilə Argentina seçmə mərhələnin birincisi kimi mundiala vəsiqəni təmin edib. 7-ci yerdə qərarlaşan Venesuela isə DÇ-2026-da iştirak şansını pley-off görüşlərində qoruyacaq. Braziliya da Rio-de-Janeyrodakı “Marakana” stadionunda inamlı qələbə qazanaraq çempionata vəsiqə əldə edib.

Braziliya – Çili 3:0

Qollar: Estevao, 38, Lukas Paketa, 72, Bruno Qimaraeş, 73

Uruqvay – Peru 3:0

Qollar: Aqirre, 14, Arraskaeta, 58, Vinyas, 80

Kolumbiya – Boliviya 3:0

Qollar: Xames Rodriqes, 31, Kordoba, 74, Kintero, 83

Paraqvay – Ekvador 0:0

Bu heç-heçə Paraqvaya ilk “altılıq”da yerini rəsmiləşdirməyə bəs edib.
 

Argentina, Braziliya, Uruqvay, Kolumbiya, Ekvador və Paraqvay Cənubi Amerikadan birbaşa DÇ-2026-ya yollanacaq. 7-ci yerdə qərarlaşan komanda isə qitələrarası pley-offda mübarizə aparacaq. Hazırda bu mövqedə Venesuela qərarlaşıb, Boliviya isə 1 xal geri qalaraq şansını saxlayır. Çili və Peru mundial ümidlərini itirib.


Qeyd edək ki, dünya çempionatı tarixdə ilk dəfə üç ölkədə – ABŞ, Meksika və Kanadada təşkil olunacaq. Turnir 11 iyun – 19 iyul 2026-cı il tarixlərində keçiriləcək. Final mərhələsində 48 milli komanda iştirak edəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO