İş adamı bütün sərvətini Neymara VƏSİYYƏT ETDİ

İş adamı bütün sərvətini Neymara VƏSİYYƏT ETDİ

Hazırda oxunan: İş adamı bütün sərvətini Neymara VƏSİYYƏT ETDİ

268793

Braziliyada bir iş adamı bütün sərvətini "Santos"da çıxış edən Neymara vəsiyyət edib.

Bizim.Media xəbər verir ki, adı açıqlanmayan həmin şəxsin ulduz futbolçunun fanatı olduğu bildirilir. Bu barədə CNN televiziyası məlumat yayıb.
 

Rio Qrande do Sul əyalətində yaşayan sahibkar vəsiyyətini 12 iyul tarixində iki şahid və bir məmurun iştirakı ilə notariusda rəsmiləşdirib. Sənəddə yeganə varisin Neymar olduğu qeyd olunub.


Mirasın ümumi məbləği açıqlaanmayıb. 31 yaşlı iş adamının vəsiyyətində evlərin, şirkət səhmlərinin və fərqli sahələrdə yatırımların olduğu qeyd olunub.

Neymarın mətbuat xidməti mövzu ilə bağlı hər hansı rəsmi məlumat almadıqlarını açıqlayıb. Futbolçu özü hələ ki, vəsiyyətlə bağlı açıqlama verməyib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO