Sentyabrın 4-də Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə III MDB Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin 3-cü iclası keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Gənclər və İdman Nazirliyinin nəzdində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Oyunlara hazırlıq işləri barədə təqdimatları dinlənilib.
O cümlədən hava limanı əməliyyatları, nəqliyyat, təhlükəsizlik, uniforma, akkreditasiya, brendinq, tədbirlər, mükafatlandırma, bilet sistemi, logistika, iaşə xidmətləri, təmizlik və tullantıların idarə olunması, inzibati işlər, insan resursları və işçi qüvvəsi, III MDB Oyunları könüllülər proqramı, məkanların idarə olunması, media xidmətləri və kommunikasiya, informasiya texnologiyaları və yayım, idman əməliyyatları, açılış və bağlanış mərasimlərinə hazırlıq, idman qurğularının Oyunlara hazırlığı istiqamətlərində aparılan işlər barədə məlumat verilib.
Bizim.Media

- A-
- A
- A+
İdman
00:11 / 05.09.2025
III MDB Oyunlarının Təşkilat Komitəsinin 3-cü iclası KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: III MDB Oyunlarının Təşkilat Komitəsinin 3-cü iclası KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: III MDB Oyunlarının Təşkilat Komitəsinin 3-cü iclası KEÇİRİLDİ - FOTO
268786
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.