Boksçumuz dünya çempionatına qələbə ilə BAŞLADI

Boksçumuz dünya çempionatına qələbə ilə BAŞLADI

Hazırda oxunan: Boksçumuz dünya çempionatına qələbə ilə BAŞLADI

268751

Bu gün İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatı start götürüb.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisi mundialda 10 kişi və 1 qadın boksçu ilə təmsil olunur.
 

Dünya çempionatında 68 ölkədən 329 kişi, 225 qadın boksçu mübarizə aparacaq. Yarışa sentyabrın 14-də yekun vurulacaq.


Bu gün idmançılarımızdan 1/32 final mərhələsində Zaur Qəhrəmanov (65 kq.) Denis Brillə (Almaniya) üz-üzə gəib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (27:30, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb.

O, 1/16 finalda ilk mərhələdən azad olan Falkao Dos Reyslə (Braziliya) döyüşəcək. Görüş sentyabrın 7-də olacaq.

Bu gün həmçinin, Azərbaycanın yarışdakı digər təmsilçisi - Sərxan Əliyev (70 kq.) Karlos Flouerslə (ABŞ) üz-üzə gələcək.

Digər boksçularımızın iştirakı ilə keçiriləcək döyüşlərin təqvimi isə belədir:

5 sentyabr

1/16 final

Səidcəmşid Cəfərov (75 kq) – Qavin Rafferti (İrlandiya)

Surət Qarayev (85 kq) – Laçlan Lauson (Avstraliya)

Aynur Mikayılova (57 kq) – Qabriella Veerheym (Niderland)

Sübhan Mamedov (50 kq) – Fredelin De Los Santos (Dominikan Respublikası)

Məhəmməd Abdullayev (+90 kq) – Sezar Peraza La Kruz (Kuba)

6 sentyabr

1/16 final

Məhəmmədəli Qasımzadə (60 kq) – Radoslav Rosenov (Bolqarıstan)/Dövlet Muhanov (Türkmənistan) cütünün qalibi

7 sentyabr

1/16 final

Nicat Hüseynov (55 kq) – Rolando Martines Peres (Kuba)

Murad Allahverdiyev (80 kq) – Amar Koçi (Albaniya)/Meysam Qeşlaqi (İran) cütünün qalibi

8 sentyabr

1/8 final

Alfonso Dominqes (90 kq) – Yasse Kiss (Almaniya)/Yonas Yazeviçyus (Litva) cütünün qalibi

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO