“Qarabağ” klubu Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, siyahıda 24 oyunçunun adı yer alıb.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Mateus Koxalski və Fabian Buntiç.
Müdafiəçilər: Mateus Silva, Bədavi Hüseynov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Dani Bolt, Kevin Medina, Sami Mmaee, Bəhlul Mustafazadə.
Yarımmüdafiəçilər: Toral Bayramov, Kadi Borges, Pedro Bikalio, Marko Yankoviç, Kris Kuaku, Leandro Andrade, Abdullah Zubir, Aleksey Kaşuk və Hikmət Cəbrayılzadə.
Hücumçular: Kamilo Duran, Emmanuel Addai, Musa Qurbanlı və Nəriman Axundzadə.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində 8 oyuna çıxacaq. Matçların 4-ü evdə, 4-ü səfərdə olacaq. Ağdam təmsilçisi əsas mərhələyə sentyabrın 16-da Portuqaliyada "Benfika"ya qarşı görüşlə start verəcək. İlk ev qarşılaşması isə oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı olacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:07 / 03.09.2025
"Qarabağ" Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim etdi
Hazırda oxunan: "Qarabağ" Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim etdi
Hazırda oxunan: "Qarabağ" Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim etdi
268520
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.