“Qarabağ”ın gənc futbolçusu Almaniya klubunun DİQQƏT MƏRKƏZİNDƏ

“Qarabağ”ın gənc futbolçusu Almaniya klubunun DİQQƏT MƏRKƏZİNDƏ

Hazırda oxunan: “Qarabağ”ın gənc futbolçusu Almaniya klubunun DİQQƏT MƏRKƏZİNDƏ

268169

Almaniyanın "Verder" klubu azərbaycanlı gənc futbolçuya maraq göstərir. 

Bizim.Media xəbər verir ki, "Qarabağ"ın U-19 komandasının üzvü Nihad İsgəndərov karyerasını Almaniyada davam etdirməyə yaxındır.
 

Alman klubunun skautları futbolçunu "Qarabağ"ın heyətində bir müddət əvvəl İsveçin Göteborq şəhərində keçirilmiş "Gothia Cup" turnirində görüblər və diqqətə alıblar.


Bremen klubunun rəsmiləri İsgəndərovu Almaniyaya dəvət edib. "Verder" İsgəndərovu klubun akademiyasına cəlb etmək niyyətindədir.

Hazırda tərəflər arasında danışıqlar gedir və gənc futbolçunun sənədləri hazırlanır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO