Azərbaycanlı idmançı Moskvada HƏBS EDİLDİ

Azərbaycanlı idmançı Moskvada HƏBS EDİLDİ

Hazırda oxunan: Azərbaycanlı idmançı Moskvada HƏBS EDİLDİ

268159

Peşəkar azərbaycanlı döyüşçü Cəbrayıl Əliyev qızı döydüyü və öldürməklə hədələdiyi üçün Rusiya paytaxtı Moskvada dörd il bir ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Moskva prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Həmçinin mənəvi ziyana görə zərərçəkənin xeyrinə 500 min rubl məbləğində (11 min manata yaxın) təzminat təyin edilib.
 

Müəyyən edilib ki, Cəbrayıl Əliyev ötən il iyulun 27-də Bersenevskaya sahilindəki binanın 4-5-ci mərtəbələri arasında pilləkəndə heç bir səbəb olmadan qızı itələyib və qız divara çırpılıb. Daha sonra qızı döyüb və öldürməklə hədələyib.


Qeyd edək ki, Cəbrayıl Əliyev peşəkar idmançıdır, MMA döyüşçüsüdür, yumruq döyüşləri üzrə ixtisaslaşmış "Hardcore Fighting" təşkilatının turnirlərində iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO