“Qarabağ”ın rəqibləri MÜƏYYƏNLƏŞDİ

“Qarabağ”ın rəqibləri MÜƏYYƏNLƏŞDİ

Hazırda oxunan: “Qarabağ”ın rəqibləri MÜƏYYƏNLƏŞDİ

267538

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanıb.
 

Püşkatma mərasimində Azərbaycanı yarışda təmsil edəcək “Qarabağ”ın da 8 rəqibi müəyyənləşib. Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək.


Mərasimdə “Qarabağ” klub rəhbərliyi səviyyəsində təmsil olunub.

Püşkatmada 36 komanda 4 səbətə bölünüb. “Qarabağ” reytinqi daha az olan komandaların yer aldığı 4-cü səbətdə olub.
 

Püşkatma zamanı əvvəlcə 1-ci səbətdən bir top çıxarılıb. Daha sonra ötən il də istifadə olunmuş avtomatlaşdırılmış proqram həmin klub üçün təsadüfi qaydada səkkiz rəqib seçub.


Eyni prosedur bütün komandalar üçün təkrarlanıb və nəticədə bütün cütlüklər müəyyənləşib. Hər səbətdən iki komanda digər səbətlərdən iki komandaya rəqib olub.

Liqa mərhələsində eyni assosiasiyadan olan komandalar bir-birilə qarşılaşa bilməz. Püşkün nəticəsinə əsasən “Qarabağ”ın rəqibləri aşağıda adları qeyd edilən komandalar olub:

1-ci səbətdən:

"Çelsi", İngiltərə (Bakıda)

"Liverpul", İngiıltərə( səfərdə)

2-ci səbətdən:

"Benfika"', Portuqaliya (səfərdə)

"Aynttraxt", Almaniya (Bakıda)

3-cü səbətdən:

"Ayaks", Niderland (Bakıda)

"Napoli", İtaliya (səfərdə)

4-cü səbətdən:

"Atletik", İspaniya (səfərdə)

"Kopenhagen", Danimarka (Bakıda)

Çempionlar Liqasında ilk turun oyunları sentyabrın 16-18-də keçiriləcək. Oyunların təqvimi 30 avqustda açıqlanacaq.

Xatırladaq ki, “Qarabağ” tarixində ikinci dəfədir ÇL-in əsas mərhələsində iştirak edir (ilk dəfə 2017/18 mövsümündə).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO