Daha bir cüdoçumuz DÜNYA ÜÇÜNCÜSÜ oldu

Daha bir cüdoçumuz DÜNYA ÜÇÜNCÜSÜ oldu

Hazırda oxunan: Daha bir cüdoçumuz DÜNYA ÜÇÜNCÜSÜ oldu

267522

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr cüdoçular arasında dünya çempionatında Azərbaycan milli komandası daha bir uğura imza atıb.

Bizim.Media xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Zeyd Ələsgərov bürünc medal qazanıb.
 

İdmançı əvvəlcə yunanıstanlı Aleksandros Polixronidis və braziliyalı Lukas Yamamotoya ipponla qalib gəlib. 1/4 finalda Yernur Batırğalıya (Qazaxıstan) məğlub olan cüdoçumuz təsəlliverici görüşdə macar Botond Kunyikini yuko ilə üstələyib.


Həlledici qarşılaşmada isə yapon Toai Haşimaya ipponla qalib gələn təmsilçimiz mundialı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, ötən gün 50 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Anar Quliyev də eyni nəticə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO