“Mançester Yunayted” İngiltərə Kuboku ilə VİDALAŞDI

“Mançester Yunayted” İngiltərə Kuboku ilə VİDALAŞDI

Hazırda oxunan: “Mançester Yunayted” İngiltərə Kuboku ilə VİDALAŞDI

267450

"Mançester Yunayted" İngiltərə kubokunun 2-ci mərhələsində mübarizəni dayandırıb.

Bizim.Media xəbər verir ki, "qırmızı şeytanlar" 4-cü Liqa təmsilçisinə uduzublar.

"Qrimsbi" ilə qarşılaşmada "Mançester Yunayted" 0:2 hesabı ilə məğlub olsa da, fasilədən sonra oyunda dönüş yarada bilib. Görüş 2:2 hesabı ilə bitib və qalib penalti seriyasında müəyyənləşib.

Bu zaman daha dəqiq olan "Qrimsbi" güclü rəqibini mübarizədən kənarlaşdırıb - 12:11.

Qeyd edək ki, Ruben Amorimin komandası Premyer Liqaya da uğursuz start verib. Komanda keçirilən iki oyunda bir dəfə uduzub, bir dəfə heç-heçə oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO