“Qarabağ” Fransa klubunun forvardı ilə razılığa GƏLDİ

“Qarabağ” Fransa klubunun forvardı ilə razılığa GƏLDİ

Hazırda oxunan: “Qarabağ” Fransa klubunun forvardı ilə razılığa GƏLDİ

267260

Ötən gün Kamilo Duranı heyətinə cəlb edən “Qarabağ” daha bir transferə reallaşdırmağa yaxındır.

Bizim.Media xəbər verir ki, Fransanın “Loryan” klubunun hücumçusu Sambu Sumano ilə danışıqlar müsbət nəticələnmək üzrədir.

Ağdam təmsilçisi seneqallı forvardın transferini həyata keçirməklə hücumun mərkəzindəki boşluğu da dolduracaq.

24 yaşlı futbolçunun “Qarabağ” və “Seltik”in maraq dairəsində olması bildirilirdi.
 

Şotlandiyalılardan fərqli olaraq, Azərbaycan çempionu daha cəld tərpənərək, qarşı tərəflə danışıqlarda bir çox detalları razılaşdırıb.


“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmağa yaxın olması da Sambunun qərarına öz təsirini göstərir. Ölkə çempionu avqustun sonuna qədər transferi rəsmiləşdirmək niyyətindədir.

Sambu Sumanonun “Loryen”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO