"Nike" "Barselona"ya görə NARAZIDIR

"Nike" "Barselona"ya görə NARAZIDIR

Hazırda oxunan: "Nike" "Barselona"ya görə NARAZIDIR

267220

“Barselona”nın texniki sponsoru "nike" klubun hələ də yeni formanı mövsümün rəsmi oyununda təqdim edə bilməməsindən narazı qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə sport.es saytı məlumat yayıb.
 

La Liqa Kataloniya klubuna nə “Malyorka” (3:0), nə də “Levante” (3:2) ilə görüşlərdə üç yeni forma variantından birini geyinməyə icazə verib. Səbəb isə həmin dəstlərin hər iki rəqibin ev forması ilə oxşarlığı olub. Buna görə də "Barselona" meydana 2024/25 mövsümünün forması ilə çıxmalı olub.


Qeyd olunur ki, vəziyyət "nike"ı ciddi şəkildə qəzəbləndirib. Lakin şirkət bunun günahının klubda olmadığını anlayır.

Gözlənilir ki, “Barselona” yeni ev formasını növbəti turda səfərdə “Rayo Valyekano” ilə matçda təqdim edəcək. Klubun artıq liqadan razılıq aldığı vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO