Almaniya millisinin baş məşqçisi xəstəxanaya yerləşdirildi

Almaniya millisinin baş məşqçisi xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Almaniya millisinin baş məşqçisi xəstəxanaya yerləşdirildi

267210

Almaniya millisinin baş məşqçisi Aleks Mumbru EuroBasket 2025-in startı ərəfəsində kəskin infeksiya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Mumbrunun vəzifələrini onun köməkçisi Alan İbrahimagiç yerinə yetirəcək.
 

Aleks avqustun 25-də xəstəxanaya yerləşdirilib. Mütəxəssisin tezliklə sağalacağı gözlənilir, lakin dəqiq vaxt hələ açıqlanmayıb.


Almaniya millisi 2025-ci il Avropa çempionatının açılış matçını Monteneqro millisi ilə keçirəcək. Oyun çərşənbə günü, avqustun 27-də baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO