“Borussiya” İngiltərə millisinin üzvünü transfer etdi

“Borussiya” İngiltərə millisinin üzvünü transfer etdi

Hazırda oxunan: “Borussiya” İngiltərə millisinin üzvünü transfer etdi

267197

"Borussiya" heyətini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, Dortmund təmsilçisi "Çelsi"dən Karni Çukvuemekanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

"Borussiya" İngiltərə U-21 millisinin üzvü üçün London klubuna 24 milyon funt-sterlinq təzminat ödəyəcək. 21 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.


Qeyd edək ki, Karni Çukvuemeka ötən mövsümün ikinci yarısında icarə əsasında "Borussiya"nın formasını geyinib.

O, "sarı-qaralar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO