"Biz bu yarışda yeniyik" - Elmar Baxşıyev

"Biz bu yarışda yeniyik" - Elmar Baxşıyev

Hazırda oxunan: "Biz bu yarışda yeniyik" - Elmar Baxşıyev

266857

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 2-ci turunda "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Bizim.Media xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

"Bizi nəyin gözlədiyini bilirdik. Ağır oyun alındı. Hər iki komanda meydanda mübarizə apardı. İstədiyimizi etməyə çalışdıq və demək olar, istədiyim komandanı gördüm. Mövsümün gedişində hücum və müdafiə planında daha yaxşı oynayacağımızı düşünürəm.Yaxşı, mübarizəli oyun getdi. Futbolçular bu dinamikaya uyğunlaşırsa, təqdirəlayiqdir".

Mütəxəssis komandada olan təzyiqdən də söz açıb: "Hansısa təzyiqin olduğunu düşünmürəm. Avrokuboklarda daha yaxşısını etməyə çalışdıq, amma alınmadı. İşimizi davam etdiririk.

Tənqidə açığıq, amma işimizi şayələrə uyğun qurmuruq. Ümidverici məqam odur ki, komandam geridönüş etməyi bacarır və möhkəmdir".

E.Baxşıyev "Araz-Naxvınan"ın qapısına təyin olunan penalti zərbəsindən də danışıb: "Penalti epizodu ilə bağlı qərar məncə, yanlış idi".

O, komandasının avrokuboklardakı çıxışından danışıb: "Heyətimizə 4-5 futbolçu cəlb etdiksə, mütləq qruplarda oynamalı deyilik. Avrokuboklar istəklə bağlı deyil, bunun üçün tədricən komanda formalaşmalıdır. "Qarabağ" nümunəsi var, onlar da qruplara addım-addım yaxınlaşdılar. Biz də bu yarışda yeniyik. Amma niyəsə hər dəfə neqativ mənada "Araz-Naxçıvan" göstərilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO