Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatına yekun vurulub.
Bizim.Media xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi mötəbər yarışda 1 dəst medal qazanıb. 90 xal toplayan yığma komanda hesabında dünya üçüncüsü olub. Komanda həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.
Xatırladaq ki, Azərbaycan millisinin heyətində Ayxan Cavadov (60 kiloqram) qızıl, Turan Daşdəmirov (55 kiloqram) gümüş, Fəraim Mustafayev (67 kiloqram) isə bürünc medal qazanıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
23:15 / 24.08.2025
Güləş millimiz dünya üçüncüsü OLDU
Hazırda oxunan: Güləş millimiz dünya üçüncüsü OLDU
Hazırda oxunan: Güləş millimiz dünya üçüncüsü OLDU
266848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.