Dünya çempionatı: Güləşçilərimiz daha iki medal qazandılar

Dünya çempionatı: Güləşçilərimiz daha iki medal qazandılar

Hazırda oxunan: Dünya çempionatı: Güləşçilərimiz daha iki medal qazandılar

266734

Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatı sona yaxınlaşır.

Bizim.Media xəbər verir ki, yarışın yeddinci günündə daha iki yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.

Turan Daşdəmirov (55 kq) finalda iranlı Payam Balutakiyə 3:5 hesabı ilə uduzaraq gümüş medala sahib olub.

Fəraim Mustafayev (67 kq) yaponiyalı Takaku Suzukiyə 5:4 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub.

Seymur Qasımov (72 kq) təsəlliverici görüşdə qazaxıstanlı Yussuf Aşrapova "tuş"la uduzub.

Beləliklə, Azərbaycan güləşçiləri dünya çempionatında ümumilikdə 8 medal qazanıblar. Daha öncə Ayxan Cavadov (60 kq) qızıl, Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal əldə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO