İtaliya A seriyasının 1-ci turunda keçirilən “Sassuolo” – “Napoli” oyunu başa çatıb.
Bizim.Media xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb.
Görüş "Napoli"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
17-ci dəqiqədə şotlandiyalı yarımmüdafiəçi Skott Maktominay hesabı açıb. 57-ci dəqiqədə komandanın belçikalı yeni transferi Kevin De Bruyne fərqi artırıb. 79-cu dəqiqədən etibarən meydan sahibləri azlıqda qalıb. İsmayıl Kone qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Qeyd edək ki, növbəti turda “Napoli” “Kalyari”, “Sassuolo” isə “Kremoneze” ilə üz-üzə gələcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
23:15 / 23.08.2025
De Brüynedən qol, "Napoli"dən qələbə
Hazırda oxunan: De Brüynedən qol, "Napoli"dən qələbə
Hazırda oxunan: De Brüynedən qol, "Napoli"dən qələbə
266728
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.