"Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 2-ci turunda "Karvan"a 2:3 hesabı ilə uduzduqları oyunu şərh edib.
Bizim.Media xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Düşünürəm ki, biz topla daha çox oynadıq. Amma rəqib ələ düşən imkanlardan istifadə etdi. Bizim üçün ən önəmli məsələlərdən biri azarkeşlərin bizdən narazı qalması idi, haqları da var. Onlar komandadan qalibiyyət istəyirlər. Qalibiyyəti də almalıdırlar. Onların bu istəyini həyata
keçirə bilmədiyimiz üçün çox üzgünük. Amma biz irəli baxırıq. Çalışacağıq ki, itirdiyimiz xalların əvəzini qarşıdakı oyunlarda çıxaq".
Bizim.Media

- A-
- A
- A+
İdman
22:33 / 23.08.2025
"Azarkeşlərin narazılığa haqları var" - Adil Şükürov
Hazırda oxunan: "Azarkeşlərin narazılığa haqları var" - Adil Şükürov
Hazırda oxunan: "Azarkeşlərin narazılığa haqları var" - Adil Şükürov
266717
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.