Ronaldodan növbəti TARİXİ REKORD

Ronaldodan növbəti TARİXİ REKORD

Hazırda oxunan: Ronaldodan növbəti TARİXİ REKORD

266706

Ronaldo tarixdə dörd müxtəlif klub üçün 100 qoldan çox vuran ilk futbolçu olub.

Bizim.Media xəbər verir ki, “Ən-Nəsr” Saudiya Ərəbistanı Superkuboku matçında “Əl-Əhli”yə məğlub olub.

Oyun Honkonqda keçirilib və əsas vaxt 2:2 hesabı ilə başa çatıb.

“Ən-Nəsr”in qollarını Kriştianu Ronaldo (41-ci dəqiqə, penalti) və Markelo Brozoviç (82-ci dəqiqə) vurub.

Ronaldo bu qolla Saudiya klubunda 100-cü qolunu vuraraq “Ən-Nəsr”in ən yaxşı bombardirlər siyahısında üçüncü yerə yüksəlib.

Həmçinin portuqaliyalı forvard tarixdə dörd müxtəlif klub üçün 100-dən çox qol vuran ilk futbolçu olub.

Ümumilikdə, Ronaldu:

“Real Madrid” üçün 450 qol,


“Mançester Yunayted” üçün 145 qol,


“Yuventus” üçün 101 qol,


“Ən-Nəsr” üçün 100 qol vurub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO