Məsiyev Riera və 7 futbolçuya sarı vərəqə GÖSTƏRDİ

Məsiyev Riera və 7 futbolçuya sarı vərəqə GÖSTƏRDİ

Hazırda oxunan: Məsiyev Riera və 7 futbolçuya sarı vərəqə GÖSTƏRDİ

266607

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off matçını idarə edib.

Bizim.Media xəbər verir ki, o, “Çelye” (Sloveniya) – “Banik” (Çexiya) oyununun baş hakimi olub. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Məsiyev qonaq komandadan dörd, meydan sahiblərindən isə üç futbolçuya sarı vərəqə göstərib. O, "Çelye"nin baş məşqçisi Albert Rieraya da sarı vərəqə göstərib. İspaniyalı mütəxəssis texniki zona qaydasını pozduğuna görə bu cəzanı alıb.

Qeyd edək ki, Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək ediblər. Fərid Hacıyev dördüncü hakim, Rəşad Əhmədov isə VAR-assistent funksiyasını yerinə yetirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO