Ən çox qazanan tennisçilərin adları AÇIQLANDI

Ən çox qazanan tennisçilərin adları AÇIQLANDI

Hazırda oxunan: Ən çox qazanan tennisçilərin adları AÇIQLANDI

266573

Forbes jurnalı son 12 ay ərzində ən çox qazanan tennisçilərin siyahısını dərc edib.

Bizim.Media xəbər verir ki, "Böyük Dəbilqə" turnirlərinin beşqat qalibi və dünyanın ikinci raketkası olan Karlos Alkaras ardıcıl ikinci il bu siyahıya başçılıq edir.

Jurnalın məlumatına görə, ispaniyalı tennisçi ümumilikdə 48,3 milyon dollar (onlardan 35 milyon dolları kortdan kənar gəlirlər) qazanıb.

"Forbes"in versiyasına əsasən, son bir ildə ən çox qazanan 10 tennisçi:

Karlos Alkaras (İspaniya) – 48,3 milyon dollar (35 milyon kortdan kənar)

Yannik Sinner (İtaliya) – 47,3 milyon dollar (27 milyon)

Kori Qauff (ABŞ) – 37,2 milyon dollar (25 milyon)

Novak Cokoviç (Serbiya) – 29,6 milyon dollar (25 milyon)

Arina Sobolenko (Belarus) – 27,4 milyon dollar (15 milyon)

Çjen Tsinven (Çin) – 26,1 milyon dollar (21 milyon)

İqa Şvyontek (Polşa) – 24 milyon dollar (15 milyon)

Teylor Frits (ABŞ) – 15,6 milyon dollar (7 milyon)

Frensis Tiafo (ABŞ) – 15,2 milyon dollar (12 milyon)

Daniil Medvedev (Rusiya) – 14,3 milyon dollar (10 milyon)

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO