Ötən 5 ilin ən çox pul xərcləyən klubları məlum olub.
Bizim.Media xəbər verir ki, siyahıya “Çelsi” başçılıq edir.
London klubu bu məqsədlə 1 milyard 770 milyon avro xərcləyib. İngiltərənin daha bir klubu – “Mançester Yunayted” həmin dövr ərzində 1 milyard 70 milyon avro xərcə düşüb.
Üçüncü yerdə “PSJ” gəlir – 1 milyard 40 milyon avro.
Sonrakı dörd yeri ingilis klubları tuturlar: “Mançester Siti” (973 milyon avro), “Arsenal” (922 milyon avro), “Tottenhem” (878 milyon avro), “Liverpul” (788 milyon avro). “Yuventus” (680 milyon avro), “Nyukasl” (677 milyon avro) və “Vest Hem” (642 milyon avro) ilk “onluğ”u qapayır.
Qeyd edək ki, “top-10”da 8 ingilis klubu olsa da, ispan və alman komandaları yoxdur.
Rəşad Rafiqoğlu, Bizim.Media