“Qalatasaray”ın müdafiəçisi İtaliya klubuna KEÇDİ

“Qalatasaray”ın müdafiəçisi İtaliya klubuna KEÇDİ

Hazırda oxunan: “Qalatasaray”ın müdafiəçisi İtaliya klubuna KEÇDİ

266402

"Qalatasaray" müdafiəçi Viktor Nelssonu icarəyə verib.

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi danimarkalı futbolçunu İtaliyaya göndərib.

Nelsson 2025/2026 mövsümündə "Verona"nın formasını geyinəcək.
 

A Seriyası klubu "Qalatasaray"a 650 min avro icarə haqqı ödəyəcək. İtalyanlar 8 milyon avro ödəməklə 26 yaşlı mərkəz müdafiəçisinin transfer hüquqlarına yiyələnə bilər.


Qeyd edək ki, "Qalatasaray" Viktor Nelssonu 2021-ci ilin yayında "Kopenhagen"dən transfer edib.

Danimarka millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında "Roma"da çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO