Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, yarışın beşinci günündə növbəti medal qazanılıb.
Ruzanna Məmmədova (62 kiloqram) finalda çinli Yanqjen Yanqjenlə qarşılaşıb.
İlk hissəni hücum üslubundan keçirən həmyerlimiz 6:0 hesablı üstünlük əldə edib. Ancaq fasilədən sonra rəqib geridönüş etməyi bacarıb. Yekunda sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olan Məmmədova gümüş medalı boynundan asıb.
Bununla da cari mundialda medallarımızın sayı 5-ə çatıb.
Xatırladaq ki, daha öncə Vasif Bağırov (57 kiloqram), Nurlan Ağazadə (70 kiloqram), Yusif Dursunov (125 kiloqram) və Günay Qurbanova (59 kiloqram) bürünc medal qazanıb.
Bizim.Media