“Milan” Almaniya klubunun forvardı ilə ANLAŞDI

“Milan” Almaniya klubunun forvardı ilə ANLAŞDI

Hazırda oxunan: “Milan” Almaniya klubunun forvardı ilə ANLAŞDI

266216

"Milan" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, "qırmızı-qaralar" "Bayer"də çıxış edən Viktor Bonifeysı transfer etməyə yaxındır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Milan" artıq nigeriyalı forvardla razılıq əldə edib. 24 yaşlı futbolçunun klubu ilə danışıqlar davam edir.

Qeyd edək ki, "Bayer" Viktor Bonifeysi 2023-cü ilin yayında Belçikanın "Union" klubundan transfer edib. Nigeriya millisinin üzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO