“Belə vacib oyunda komandama kömək edə bildiyim üçün çox sevincliyəm. Amma istəmirəm ki, başqa şeylər düşünüm”.
Bizim.Media “Qol.az”a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda “Ferentsvaroş”a qalib gəldikləri görüş (3:1) haqqında danışarkən deyib.
Oyunda sonuncu qolun müəllifi olan futbolçu Bakıya qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, qol vurmaq üçün həmişə çalışır:
“İndiyə qədər də çox çalışmışam, sadəcə səbrli olmaq lazım idi. Bundan sonra da daha yaxşısını etməyə çalışacam. Allah nə vaxt istəsə, onda səni mükafatlandırır. Mənim üzərimə düşən sadəcə işləməkdir”.
Bizim.Media

- A-
- A
- A+
İdman
14:14 / 20.08.2025
“Allah nə vaxt istəsə, onda səni mükafatlandırır”
Hazırda oxunan: “Allah nə vaxt istəsə, onda səni mükafatlandırır”
Hazırda oxunan: “Allah nə vaxt istəsə, onda səni mükafatlandırır”
266141
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.