"Bavariya"nın təklifini rədd etdi, "Çelsi"yə keçmək İSTƏYİR

"Bavariya"nın təklifini rədd etdi, "Çelsi"yə keçmək İSTƏYİR

Hazırda oxunan: "Bavariya"nın təklifini rədd etdi, "Çelsi"yə keçmək İSTƏYİR

266041

“Çelsi” “Mançester Yunayted”in cinah hücumçusu Alexandro Qarnaçonun transferi ilə bağlı danışıqlarda irəliləyiş əldə edib.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Buna London klubunun rəhbərliyi ilə Mançester təmsilçisinin icraçı direktoru Omar Berrarda arasındakı yaxşı münasibətlər kömək olur.
 

Mənbənin məlumatına görə, son 48 saat ərzində Qarnaço “Bavariya”nın təklifini rədd edib. Argentinalı vinger yalnız “Çelsi”yə keçmək istəyir.


Qeyd edək ki, ötən mövsüm Qarnaço bütün turnirlərdə 58 oyunda meydana çıxıb, 11 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO