Qurban Qurbanov: “Qol buraxmasaq daha yaxşı olar”

Qurban Qurbanov: “Qol buraxmasaq daha yaxşı olar”

Hazırda oxunan: Qurban Qurbanov: “Qol buraxmasaq daha yaxşı olar”

265909

“Yenidən Macarıstanda olmaq xoşdur”.

Bizim.Media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasında pley-off mərhələsinin səfərdə Macarıstanın “Ferentsvaroş”la keçiriləcək ilk oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis ilk matçda uğurlu nəticə qazanmaq istədiklərini bildirib:
 

“Rəqib də Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq istəyir. Bizi çətin görüş gözləyir. Yaxşı mübarizə aparıb, Bakıya uğurlu nəticə ilə dönmək istəyirik.


Rəqiblər 2022-ci ildə qarşılaşmışdıq. Həmin dövrdən bu tərəfə hər iki kollektivdə dəyişiklik olub.

"Ferensvaroş" hücuma sürətli çıxan komandadır. Baş məşqçiləri də bunu bacaran futbolçura üstünlük verir. Biz isə topu özümüzdə daha çox saxlamaq istəyirik.
 

Nəticə almaq üçün yaradıcı olmalıyıq. Qol buraxmasaq daha yaxşı olar. Amma hər oyunda qol vurmaq azarkeşlərə müsbət təsir edir. Daim hücumda fəallıq göstərmək niyyətindəyik”.


Qeyd edək ki, avqustun 19-da keçiriləcək “Ferensvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab qarşılaşması avqustun 27-də Bakıda olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO