Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində evdə ilk oyununu sentyabrın 9-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna komandası ilə keçirəcək.
Bizim.Media “idman.biz”ə istinadən xəbər verir ki, bu matça Ukrayna Futbol Assosiasiyasının prezidenti, 2004-cü il "Qızıl top"un sahibi Andrey Şevçenkonun da gələcəyi gözlənilir.
Bildirilir ki, AFFA məşhur futbol adamının Bakı səfəri üçün proqram hazırlayıb.
Qeyd edək ki, Şevçenko 2024-cü il yanvarın 25-dən Ukrayna Futbol Assosiasiyasına rəhbərlik edir. O, futbolçu kimi karyerasının böyük hissəsini "Milan"da keçirib, baş məşqçi kimi isə Ukrayna yığması və "Cenoa"nı çalışdırıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:51 / 18.08.2025
Andrey Şevçenko Bakıya gəlir
Hazırda oxunan: Andrey Şevçenko Bakıya gəlir
Hazırda oxunan: Andrey Şevçenko Bakıya gəlir
265821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.