“Real” gənc hücumçu ilə razılığa gəldi

“Real” gənc hücumçu ilə razılığa gəldi

Hazırda oxunan: “Real” gənc hücumçu ilə razılığa gəldi

264010

“Real” Qonsalo Qarsiya ilə müqavilənin uzadılması barədə razılığa gəlib.

Bizim.Media xəbər verir, daha əvvəl 21 yaşlı hücumçunun əsas komandaya yüksəldiyi açıqlanmışdı.
 

AS nəşrinin məlumatına görə, yeni müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq. Hücumçunun mövcud müqaviləsindəki 50 milyon avroluq çıxış maddəsi 1 milyard avroya qədər artırılacaq.


Qeyd olunur ki, “Real” akademiyasının yetirməsinə bəzi Premyer Liqa nəhəngləri də maraq göstərib.

Xatırladaq ki, Qonsalo son Klublararası Dünya Çempionatında 4 qol və 1 assistlə çıxış edərək turnirin ən yaxşı bombardiri olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO