Böyükhesablı qələbə qazanan “Sabah” Konfrans Liqasının 3-cü mərhələsində - VİDEO

Böyükhesablı qələbə qazanan “Sabah” Konfrans Liqasının 3-cü mərhələsində - VİDEO

Hazırda oxunan: Böyükhesablı qələbə qazanan “Sabah” Konfrans Liqasının 3-cü mərhələsində - VİDEO

262751

Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

Bizim.Media xəbər verir ki, "Sabah" "Petrokub"la qarşılaşıb.
 

İlk görüşdə rəqibinə 2:0 qalib gələn Azərbaycan kubokunun sahibi bu dəfə moldovalıları Bakıda qəbul edib. Valdas Dombrauskasın rəhbərlik etdiyi kollektiv 4:1 hesablı qələbə ilə növbəti raunda yüksəlib.


"Sabah" Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) görüşünün məğlubu ilə üz-üzə gələcək.

20:00. “Sabah”(Azərbaycan) - “Petrokub” (Moldova) 4:1

Qol: Coy Lens Mikels, 21, 28, 44, Pavol Safranko, 45+1 - Steve Solvet, 42 (avtoqol)

Baş hakim Danilo Nikoliç (Serbiya)

Ilk oyun - 2:0

Masazır. "Bank Respublika Arena"












Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO